Aqil Abbas qəzəbləndi: “Yalandır, elə söz deməmişəm!”

“Mən deputatların maaşının artırılması ilə bağlı fikir səsləndirməmişəm, sözümü kontekstdən çıxarıblar. Deputat maaşından danışıldı, mən də dedim ki, azərbaycanlı deputatlar digər ölkə deputatlarından az maaş alırlar”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Aqil Abbas onun deputatların maaşının artırılması ilə bağlı fikir səsləndirməsi iddiası haqda danışarkən deyib.

O bildirib ki, sosial şəbəkələrdə demədiyi sözləri onun adından paylaşırlar:

“Hələ yalandan yazıblar ki, guya demişəm, “millət vəkili 300 manatla necə dolansın?” Mən “millət” demişəm, “millət vəkili” yox! Deputatları söydürmək üçün hər sözü yazırlar. Mən orada xeyli yaxşı fikir səsləndirmişəm, onlar qalıb kənarda, demədiyim sözü adımdan paylaşırlar”.

A.Abbas deputatların yetərincə maaş aldığını vurğulayıb:

“Millət vəkili beş min manat maaş alır və bu da yaxşı məbləğdir. Amma xalq niyə 300 manat maaş almalıdır axı?! Düşünürəm ki, əhalinin maaşında artım olmalıdır. 300 manat maaş indiki dövr üçün çox azdır”.

Zaira Akifqızı
Globalinfo.az