ABŞ qüvvələri 9 İran hərbi gəmisini məhv edib və batırıb.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, məhv edilən gəmilərdən bəziləri “nisbətən böyük və əhəmiyyətli” olub:
“Mənə indi məlumat verildi ki, biz İranın doqquz hərbi gəmisini məhv edib batırmışıq, onlardan bəziləri nisbətən böyük və əhəmiyyətli idi. Qalanlarını da məhv edəcəyik — onlar tezliklə dənizin dibinə gedəcəklər”.
ABŞ lideri həmçinin digər bir hücum zamanı İranın Hərbi Dəniz Qüvvələrinin qərargahının böyük hissəsinin dağıdıldığını vurğulayıb.