“Ukrayna son 4 ildə heç vaxt olmadığı qədər sülhə yaxındır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna keçmiş prezidenti Petro Poroşenko deyib.
Onun fikrincə, yay ayları Ukrayna üçün kritik “fürsət pəncərəsi” yaradır.
“Lakin bu, yay ayları ilə məhdudlaşır. Söhbət ABŞ və Avropanın iştirakı ilə dərhal, qeyd-şərtsiz və hərtərəfli atəşkəs və danışıqların başlanması şansından gedir”, – deyə keçmiş prezident bildirib.
Poroşenko həmçinin qeyd edib ki, mövcud vəziyyət uzun sürməyəcək və tərəflər qərarları gecikdirməməlidir.
Əliyar Xəlil
Globalinfo.az