ar1200

Ermənistanın 13 ölkədəki səfiri, eləcə də NATO yanında nümayəndəliyinin rəhbəri tutduqları vəzifələrdən geri çağırılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təqdimatı əsasında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bolqarıstan, Şimali Makedoniya, Yunanıstan, Albaniya, Niderland, İsrail, Argentina, Çili, Peru, Kanada, Dominikan Respublikası, Kuba və Yamaykada fəaliyyət göstərən səfirlər geri çağırılıblar.

Diplomatların geri çağırılmasının kadr dəyişiklikləri ilə əlaqəli olduğu ehtimal edilir.

Paylaş: