uk

Ukraynanın cənub-şərqində, Krivoy Roq yaxınlığındakı Qurovka yaşayış məntəqəsində səfərbərliyə qarşı etiraz aksiyası keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Bildirilir ki, hərbi komissarlığın əməkdaşları kombayn və traktor sürücülərini birbaşa tarlada səfərbər etməyə cəhd göstəriblər.

Buna etiraz edən sakinlər yollardan birində nəqliyyatın hərəkətini bağlayıblar.

Qeyd edək ki, Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevralında elan olunub və o vaxtdan bəri dəfələrlə uzadılıb.

Hərbi komissarlığın əməkdaşları və polis ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində, idman zallarında və bazarlarda reydlər keçirirlər.

Müxtəlif media orqanlarında mövcud qaydaların tətbiqi ilə bağlı mübahisəli insidentlər barədə də xəbərlər dərc olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: