Bakı şəhəri, Yasamal rayonundakı Aytəkin Məmmədova adına 38 saylı tam orta məktəbdə bir ay ərzində şagirdlərin 90 faizindən çoxuna qayıb yazılıb. Jurnalda coğrafiya və informatika fənləri üzrə sentyabr-oktyabr aylarında davamiyyət qeydləri bu mənzərəni ortaya çıxarır.
Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-2026-cı tədris tədris ilindən etibarən paytaxt üzrə digər ümumtəhsil müəssisələrində olduğu kimi 38 nömrəli tam orta ümumtəhsil məktəbində də elektron jurnallar tətbiq olunur.
Məlumatda qeyd olunub ki, təhsilalanların qiymətləndirməsi və digər müvafiq qeydlər “Rəqəmsal məktəb” platforması üzərindən aparılır:
“Bir sinifdə müəllim öz təşəbbüsü ilə formativ qiymətləndirmə jurnalından istifadə edib. Bununla bağlı həmin sinfin müəllimləri ilə maarifləndirmə işi aparılıb.
Elektron jurnalların tətbiq edilməsinin əsas məqsədinin qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn-məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarət olduğu bir daha diqqətə çatdırılıb.
Qeyd edək ki, rəqəmsal platformada şagirdlər dərs cədvəllərini izləyə, valideynlər istədikləri zaman övladlarının qiymətləri ilə tanış ola bilirlər”.
***15:08
Bakı məktəbində şagirdlərə 1 aydır ki, qayib yazılır.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, qayiblər ənənəvi kağız jurnala qeyd olunub.
Məlumata görə, həmin jurnal Yasamal rayon Aytəkin Məmmədov adına 38 saylı tam orta məktəbə məxsusdur.
Onların neçənci sinif şagirdləri olduqları bəlli olmasa da, jurnalda “Coğrafiya” və “İnformatika” fənnləri üzrə şagirdlərin sentyabr-oktyabr ayındakı davamiyyətləri qeyd olunub. Şəkillərdən aydın olur ki, şagirdlərin 90%-dən çoxu həmin dərslərdə 1 ay müddətində iştirak etməyiblər.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlanıb.















