Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri ilə bağlı səsvermədə çox az vətəndaş iştirak edib. Kipr türklüyün taleyini bu nəticə ilə təmsil edə bilməz.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ŞKTR-də prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.
O bildirib ki, ŞKTR parlamenti təcili toplanmalıdır:
“Seçki nəticələri qəbul edilməməli və Türkiyəyə birləşmə ilə bağlı qərar qəbul edilməlidir”.
Qeyd edək ki, Kiprdə baş tutan prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.














