duqin 12111

Rusiyalı politoloq Aleksandr Duqin Rusiya Prezidenti Vladimir Putinin Cənubi Qafqaz siyasətinin uğursuzluğa düçar olduğunu bəyan edib.

Globalinfo.az-ın xəbərinə görə, Duqin bildirib ki, Vaşinqtonda AzərbaycanErmənistan arasında imzalanan saziş Rusiyanın postsovet məkanında nüfuzunu itirdiyini göstərir.

Onun fikrincə, Putinin rəhbərliyi altında Rusiya Cənubi Qafqazda nəzarəti tamamilə itirib və bu uğursuzluq nəticəsində ölkə suverenliyini və imperiya statusunu itirmək təhlükəsi ilə üzləşir.

“Vaşinqton görüşü bizim rüsvayçılığımızdır. Biz itirdik. Günahkarlar cəzalandırılmazsa, xalq olaraq dəyərimizi itirəcəyik,” – deyə Duqin qeyd edib.

Duqinin fikrincə, bu vəziyyət Rusiya üçün ciddi təhlükədir və rəhbərlik bundan nəticə çıxarmalıdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: