Rusiyada azərbaycanlılara hücumun miqyası böyüdü: indi də bu yola əl atdılar – VİDEO

Rusiyada azərbaycanlılara hücumun miqyası böyüdü: indi də bu yola əl atdılar - VİDEO

Rusiyada azərbaycanlılara qarşı hücumun miqyası böyüyüb.

Globalinfo.az xəbər verir ki, küçə ticarəti edən azərbaycanlılara qadağa qoyulub.

Bildirilir ki, qadağa ilə razılaşmayan, mübahisə edən həmyerlilərimizin məhsullarını zibilə atır, özlərini isə bölməyə aparır, döyürlər.

Qeyd edilir ki, Voronejdə OMON hərəkətə keçib, azərbaycanlılara təzyiqlər başlayıb.

“Alyekseyevski” bazarında ruslarla azərbaycanlılar arasında toqquşmalara qeydə alınıb, bıçaqlanma hadisəsi baş verib. Azərbaycanlıları bazardan çıxarırlar”, – məlumatda bildirilib.

[video width=”1280″ height=”720″ mp4=”https://cdn.globalinfo.az/2025/06/AQM8MfBNP_LkGjEFBAFEnEtb8mKZ3GHYAK0y6v-O07AZ7TdfM72DHRus8BjpKtiWYn2BacqLRyM-OVgRwKUjbXNK.mp4″][/video]

“Новые известия” nəşri yazıb ki, Voronejdəki Alekseyevski bazarı (“Çernozemye” topdansatış bazarı) uzun müddətdir hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. İldə bir neçə dəfə burada miqrasiya sahəsində pozuntuların aşkarlanması üçün reydlər keçirilir.

Rusiya DİN-in Baş Miqrasiya İdarəsinin mətbuat xidməti bildirib ki, iyunun 25-də Alekseyevski bazarında DİN və “Rosqvardiya” əməkdaşlarının iştirakı ilə “Qeyri-leqal-2025” əməliyyat-profilaktik tədbirləri çərçivəsində genişmiqyaslı reyd başlayıb,  üç tədbir keçirilib.

“Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. 42 əcnəbi məsuliyyətə cəlb edilib, hərbi qeydiyyata alınma haqqında 17 çağırış vərəqəsi təqdim edilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüblər. Ümumiləkdə Yekaternburqda 5 azərbaycanlının öldürüldüyü deyilir.