“İran ballistik raketlərdən istifadə edərək İsrailə ciddi ziyan vurub”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Təl-Əviv, xüsusilə son bir neçə gündə çox əziyyət çəkdi. İran bir çox binaları dağıdıb. Amma İsrail silahlı münaqişə zamanı özünü əla nümayiş etdirdi. Baş nazir Benyamin Netanyahu özü ilə fəxr etməlidir”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az