duqin 12111

“Gürcüstandakı seçkilərdə ölkədə yaşayanlar iştirak etməlidir, ölkədən gedənlər isə satqındırlar”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Putinin ideoloqu” adlandırılan Aleksandr Duqin çıxış edib.

“Əgər sən gürcüsənsə, Gürcüstanda yaşayıb, onun üçün səs verirsən. Əgər Gürcüstandan kənardasansa və səs verirsənsə ki, Gürcüstan olmasın, o zaman sənin haran gürcüdür? Sən satqınsan! Sənin səsin sayılmır. Mən Gürcü Arzusunun xeyrinə olan 13%-i nəzərə alardım, yerdə qalanını ləğv edərdim. O səslərə gürcülərə məxsus ola bilməz. Bu, Avropanın şimalında Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətində olan Dominion sisteminin dağılmasıdır”, – Duqin bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: