“ABŞ Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa imkan vermir”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” telekanalının efirində “Moskva. Kreml. Putin” proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.
“Amerikalılar Avropanı bir zərbə ilə yıxmaq, daha sonra Rusiyadan keçməklə Çinə çatmaq istəyirlər. Təbii ki, Rusiyanı tapdalamaq niyyətindədirlər”, – Lukaşenko bildirib.
Belarus lideri həmçinin qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar prosesinin əsas prinsiplərini pozur.
“Ukraynalıların səhvi Zelenskinin danışıqlar prosesinin klassik prinsiplərini pozmasıdır. Xüsusilə nəhəng Rusiya ilə danışarkən. Əvvəlcədən şərt qoya bilməzsiniz. Danışıqlar masasına oturun, orada bütün şərtləri irəli sürün. İkinci prinsip isə klassikdir – kompromislər”, – Belarus prezidenti qeyd edib.