WhatsApp Image 2025 11 28 at 17.11.43

“Ermənistanda şənbə günü parlamentin keçmiş sədri Alen Simonyanın toy mərasimi keçirilib. Məclisə hakim partiyanın müxtəlif nümayəndələri ilə yanaşı, tibb universitetinin rəhbərliyindən tutmuş Syünik bölgəsində vaxtilə müxalif mövqedə olmuş icma rəhbərlərinə və şou-biznes nümayəndələrinə qədər müxtəlif şəxslər də dəvət olunub”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat verib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın isə həmin mərasimdə iştirak etmədiyi bildirilir.

Həmin gün Akopyan Alen Simonyanın keçmiş həyat yoldaşı və bir qrup qadınla görüş keçirib.

Görüşdən müxtəlif foto və videolar sosial şəbəkələrdə paylaşılıb.

Paşinyanın Simonyanın toy məclisində niyə iştirak etmədiyi ilə bağlı rəsmi məlumat verilməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: