Qazaxıstanda matəm günü elan edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası yazıb.

Xatırladaq ki, Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur.

Yanğın nəticəsində 14 nəfər ölüb.