“Azərbaycanın Tehrandakı səfirliyi maksimum səviyyədə mühafizə olunacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
“Hazırda iki ölkə qarşılıqlı şəkildə müsbət və konstruktiv yoldadır. Tərəflər qarşılıqlı dialoqlar nəticəsində iki ölkə arasında baş verənlərlə bağlı yekun nəticədə ortaq razılıq əldə edirlər. Cənab nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlərin əhəmiyyəti nəzərə alınaraq konstruktiv müzakirələr aparılıb. İran öz öhdəliklərini dərk edir və məsuliyyətlə hərəkət edəcək”, – XİN sözçüsü bildirib.
Ayşən Mustafa
Globalinfo.az