Dünya liderləri Azərbaycan Prezidentini təbrik edirlər

Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi yetirir, rifah və əmin-amanlıq arzulayıram”.

X X X

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri!

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü kimi ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ölkənizin, eləcə də onun bütün vətəndaşlarının firavanlığı üçün ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq xarakteri daşıyan əməkdaşlıqdan məmnun olduğumu xüsusi vurğulayıram. Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı və dərin ehtiramımı ifadə edirəm”.

X X X

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Zati-aliləri!

Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından təbrik edirəm.

Fürsətdən istifadə edərək, əminliyimi bildirirəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə ölkənizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

X X X

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu!

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizə Azərbaycan xalqının rifahı naminə ali dövlət vəzifənizdə uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istəyirəm ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan fəaliyyətə göstərdiyiniz diqqət və dəstək bundan sonra da dövlətlərimizin təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi ilə bağlı məsələlərin uğurlu həllinə öz töhfəsini verəcək”.