nikoli meqsikakan naxatipy ov n321771 1

“Meksikanın prezidenti, general və guya hərbi strateq olmuş Santa Anna Nikol Paşinyanın prototipidir. O, demək olar ki, bütün dostlarına xəyanət edib. Texaslılara və amerikalılara məğlub olub”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni hüquqşünas Tiqran Atanesyan deyib.

“Santa Annanın dövründə Meksika ərazilərinin 55 faizini itirdi. Bunu bilməyənlər üçün izah edim: həmin torpaqlar bu gün ABŞ-a məxsus olan Texas, Kaliforniya, Arizona, Arkanzas, Yuta, Nevada və Nyu-Meksiko ştatlarıdır.

Anna həyatının sonunu yoxsulluq içində keçirdi. Ətrafında heç kim qalmamışdı”, – T.Atanesyan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: