Vasif Talıbovun oğlu işdən çıxarılıb?

Bir müddətdir mətbuatda general Rza Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər dərc edilir.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin adını vermək istəmədiyi yüksək rütbəli şəxsi bildirib ki, DMX-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması xəbəri həqiqəti əks etdirmir:

“O hazırda işinin başındadır və öz vəzifəsini icra edir. İşdən çıxarılması xəbəri yalandır”.

Qeyd edək ki, Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

Zaira AkifqızıGlobalinfo.az