Demirel Ozal 1131

Erməni politoloq Ara Poqosyan 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında yaranmış gərgin vəziyyətlə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, 1992-ci ildə Şuşanın işğalından sonra Türkiyənin Ermənistanla bağlı mövqeyinin sərtləşdiyini iddia edib.

Poqosyanın sözlərinə görə, həmin dövrdə Türkiyənin Baş naziri Süleyman Dəmirəl və Prezident Turqut Özal Ermənistan tərəfindən mümkün yeni hücum olacağı təqdirdə ölkənin proseslərə müdaxilə edə biləcəyi barədə mövqe sərgiləyiblər.

Politoloq bildirib ki, həmin günlərdə Türkiyə ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və Türkiyə Silahlı Qüvvələrinin 3-cü Səhra Korpusu ErmənistanTürkiyə sərhədində yerləşdirilib. Onun iddiasına görə, bu vəziyyət Ermənistana qarşı ikinci cəbhənin açılması ehtimalını gündəmə gətirib.

Poqosyan NATO-nun 5-ci maddəsinə toxunub. O bildirib ki, ABŞ Türkiyəyə xəbərdarlıq edərək, Ankaranın Ermənistana hücum edəcəyi və Rusiyanın buna cavab verəcəyi halda NATO Türkiyəni müdafiə etməyə bilər.

Politoloq yazıb ki, Rusiyada da Türkiyə ordusunun Ermənistan sərhədində aktivləşməsi ilə bağlı narahatlıq yaranıb. Onun sözlərinə görə, Rusiya Dövlət Dumasında məsələ ilə bağlı xüsusi dinləmələr keçirilib:

6810220 na 8023010 0

Aviasiya marşalı Yevgeni Şapoşnikov 

“Şapoşnikov 20 may 1992-ci ildə İrəvana gedərək Türkiyəyə xəbərdarlıq edib. O, mətbuat konfransında Qarabağ münaqişəsinə üçüncü tərəfin müdaxiləsinin daha genişmiqyaslı müharibəyə səbəb ola biləcəyini deyib.

Şapoşnikovun açıqlamaları 20-21 may 1992-ci ildə “Reuters”, “Associated Press” və “AFP” kimi beynəlxalq xəbər agentlikləri tərəfindən də yayımlanıb”.

Poqosyan iddia edir ki, yaranmış beynəlxalq siyasi vəziyyət Türkiyənin Ermənistana hərbi müdaxilə əvəzinə iqtisadi təzyiq siyasətinə üstünlük verməsinə və sərhədin bağlanmasına səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: