WhatsApp Image 2026 11 06 at 23.53.10

Qışın yaxınlaşması ilə evlərdə istilik xərclərini azaltmağın yolları yenidən ön plana çıxıb. Böyük Britaniyadan paylaşılan məlumatlar radiator panellərinin arxasında istifadə edilən xüsusi alüminium folqaların enerji qənaəti axtaranların diqqətini cəlb etdiyini göstərir.

Globalinfo.az xəbər verir ki, Enerji Qənaət Fondunun açıqlamalarına görə, radiatorların arxasına yerləşdirilən xüsusi əks etdirici panellər istilik itkisini azaltmağa kömək edə bilər.

Xüsusilə xarici divarlarda yerləşən radiatorlarda tətbiq olunan bu üsul istiliyin divar tərəfindən udulmasının qarşısını alaraq otağa qaytarılmasını təmin edir.

Bu tətbiq xüsusilə izolyasiya olunmamış xarici divarlara quraşdırılmış radiatorlarda təsirlidir. Daxili divarlardakı radiatorların arxasına yerləşdirilən panellərin isə əhəmiyyətli qənaət təmin edəcəyi gözlənilmir.

Tahir Turan
Globalinfo.az

Paylaş: