IMG 2977

Türkiyənin Kütahya şəhərində aparılan qazıntılar zamanı təxminən 5 min il əvvələ aid 8 çörək qalığı aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, Erkən Tunc dövrünə aid olan çörəklər qədim dövrdə baş vermiş yanğın nəticəsində yanaraq günümüzədək qorunub saxlanılıb.

Məlumata görə, ötən il aparılan qazıntılar zamanı yaşayış məskənlərindən birində soba və divar kənarında rəf qalıqları aşkar edilib. Rəfin dayaqları arasında isə yanmış vəziyyətdə 8 çörək, eləcə də buğda və mərcimək qalıqları tapılıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, yanğın baş verməzdən əvvəl rəfin üzərində çuvallarda və ya torbalarda kənd təsərrüfatı məhsulları və çörək saxlanılıb.

Təxminən 5 min il əvvələ, Erkən Tunc dövrünün ilk mərhələsinə aid edilən tapıntılar hazırda Kütahya Arxeologiya və Mədən Muzeyində sərgilənir və muzeyin ziyarətçilər tərəfindən ən çox maraq göstərilən eksponatları sırasındadır.

IMG 2980 IMG 2979

Paylaş: