347437752715694

Ermənistan vətəndaşlarının təxminən üçdəbiri ölkə prezidentinin fəaliyyəti barədə məlumata malik deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə “Gallup International Association”ın keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Araşdırmaya əsasən, respondentlərin 30 faizi Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fəaliyyəti ilə tanış olmadığını bildirib. Sorğu iştirakçılarının 13,2 faizi onun fəaliyyətini tamamilə, 13,3 faizi isə müəyyən dərəcədə dəstəklədiyini qeyd edib. Beləliklə, təqdim olunan siyasi və ictimai institutlar arasında prezident tam dəstək göstəricisinə görə sonuncu yerdə qərarlaşıb.

Sorğunun nəticələrinə görə, Ermənistanda ən yüksək ictimai dəstəyə Erməni Apostol Kilsəsi malikdir. Respondentlərin 59,1 faizi kilsənin fəaliyyətini tamamilə, 13,9 faizi isə əsasən dəstəklədiyini bildirib.

İkinci yerdə Ermənistan Silahlı Qüvvələri qərarlaşıb. Sorğu iştirakçılarının 46,6 faizi ordunun fəaliyyətini tamamilə, 21,2 faizi isə əsasən müsbət qiymətləndirib.

Baş nazir Nikol Paşinyanın fəaliyyətini respondentlərin 31,1 faizi tamamilə, 20,8 faizi isə əsasən dəstəklədiyini bildirib. Xarici işlər naziri Ararat Mirzoyanın fəaliyyəti isə sorğu iştirakçılarının müvafiq olaraq 30 və 20 faizi tərəfindən müsbət qiymətləndirilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: