Simonyandan Bakıya “yeni dəhliz” ismarışı

“Bölgədə sülhün bərqərar olması Türkiyəsiz mümkün deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

O bildirib ki, Ermənistan Azərbaycanla sülhə hazırdır:

“Biz Ermənistan üzərindən Azərbaycan və Türkiyə arasında gediş-gəlişin təmin edilməsində də heç bir problem görmürük”.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri və bir neçə millət vəkili Türkiyə ilə münasibətlərin qaydaya salınması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Ankaraya gediblər.

Ayşən Mustafa
Globalinfo.az