WhatsApp Image 2026 11 06 at 01.31.01 1

Rahatlığı və uzun müddət xarab olmadan qalması ilə seçilən qablaşdırılmış çörəklərin tərkibi ilə bağlı narahatlıq doğuran məqamlar gündəmə gəlib. Mütəxəssislər bildirirlər ki, bu məhsulların uzun müddət yumşaq və təzə qalmasını təmin edən bəzi əlavələr sağlamlıq baxımından diqqətlə qiymətləndirilməlidir.

Globalinfo.az “Life” nəşrinə uistinadən xəbər verir ki, müasir mətbəxlərin əsas məhsullarından birinə çevrilən dilimlənmiş çörək günlərlə, hətta həftələrlə ilkin yumşaqlığını qoruyur.

Halbuki adi çörək bir neçə gün ərzində bərkiyir və kiflənə bilir. Bu fərq isə istehsal prosesində istifadə olunan konservantlar və digər qida əlavələri ilə əlaqələndirilir.

Qida mütəxəssislərinin diqqət çəkdiyi əsas məqamlardan biri çörəyin tərkibinə əlavə edilən qoruyucu maddələr və emulsifikatorlardır.

Bu maddələr nəmin saxlanmasına, kif və bakteriyaların inkişafının ləngidilməsinə, eləcə də məhsulun raf ömrünün uzadılmasına xidmət edir. Bəzi qablaşdırılmış çörəklərin 30 günədək saxlanıla bilməsi də bu texnologiyalarla əlaqələndirilir.

Digər narahatlıq doğuran məsələ isə məhsulun tərkibindəki əlavə şəkər və emal olunmuş bitki yağlarıdır. Çörəyin dadını və elastikliyini artırmaq məqsədilə istifadə edilən qlükoza siropu və müxtəlif yağ əlavələri onun qida dəyərinə təsir göstərə bilər.

Mütəxəssislər istehlakçılara qablaşdırılmış çörək alarkən məhsulun etiketini diqqətlə oxumağı, tərkibindəki şəkər, yağ və qida əlavələrinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Onların fikrincə, uzun raf ömrü məhsulun avtomatik olaraq sağlam seçim olması demək deyil.

Tahir Turan
Globalinfo.az

Paylaş: