“ABŞ Nümayəndələr Palatasına ermənipərəst mövqeləri olan bir müsəlmanın seçilməsi ətrafında yaranan bu isterikanı heç cür başa düşə bilmirəm”.
Globalinfo.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O bir neçə məqamı diqqətə çatdırıb:
“Əvvəlki çağırışda “erməni fraksiyası”nın 90 üzvü var idi;
– Bu çağırışda onların sayının 95-100 nəfərə çatacağı gözlənilir;
– Rekord göstərici 2021-2022-ci illərdə qeydə alınıb. Həmin dövrdə onların sayı 127 nəfərə çatmışdı.
Erməni təbliğatçıları bu şəxsin çıxışlarından ibarət videonu bizdə təhlükə hissi yaratmaq məqsədilə yayırlar. Lakin bu şəxsin seçilməsi, ilk növbədə, yəhudipərəst lobbi üçün narahatlıq siqnalıdır. Onlar bu şəxslə mübarizəni bizdən qat-qat daha effektiv aparacaqlar.
Hamı sakitləşsin. Heç bir problem yoxdur. Biz həmişəki kimi bunun da öhdəsindən gələcəyik!”
Əliyar Xəlil
Globalinfo.az