elton ramiz

Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planının baş tutacağı təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb. Həmin siyahıda sabiq deputat Elton Məmmədovun adı ​Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi hallanır.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Elton Məmmədov iddianın həqiqətə uyğun olmadığını bildirib:

“Hər yazılana inanmayın. Mən Ramiz Mehdiyevlə düşmən olmuşam. Ramiz Mehdiyevin indiki bütün məhkəmə qərarları ilə bağlı hələ o vəzifədə olanda demişəm ki, bu adam belədir”.

Sabiq deputat düşmənçilik münasibətinin səbəbini də açıqlayıb:

“Düşmənçilik deyəndə, güllə atmamışam, bir şey etməmişəm. Vəzifədən heç bir hüquqi əsası olmadan, qeyri-qanuni şəkildə uzaqlaşdırılmışam. 11 ay mübarizə apararaq Əmək Məcəlləsinə uyğun olaraq öz vəzifəmə bərpa olunmuşam. Yəni ədalətli mühakimə sistemində məni əvvəlki vəzifəmə bərpa ediblər, vəssalam. Məni vəzifədən onun istəyi ilə uzaqlaşdırıblar. Vəzifədən uzaqlaşdıran adam necə məni vəzifəyə gətirə bilər?”

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: