Rusiya Prezidenti Vladimir Putinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə salamlaşması medianın diqqətindən yayınmayıb.
Globalinfo.Az Axar.az-a istinadən xəbər verir ki, Rzayi Kreml rəhbərinin də “barmaqlarını tutmaqla” salamlaşmağa çalışıb.
Lakin Putin digər əli ilə Rzayinin qolundan yapışaraq, onu əlini açmağa vadar edib, daha sonra isə normal əl sıxıb.
Qeyd edək ki, sentyabrın 29-da Möhsün Rzayinin Tehranda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin əlini sıxma “tərzi” ciddi reaksiyalar doğurmuşdu.
Görüntüləri təqdim edirik: