
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri vəzifəsinə Stiven Millerin təyin olunacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, Miller noyabrın 9-dan etibarən yeni vəzifəsinin icrasına başlayacaq.
ABŞ lideri bildirib ki, Miller onun ən yaxın məsləhətçilərindən biridir və əvvəlki administrasiya dövründə Ağ Ev aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
Tramp hazırda aparat rəhbəri vəzifəsini tutan Syuzan Uaylsın isə siyasi fəaliyyəti ilə əlaqəli qeyri-hökumət təşkilatında çalışacağını qeyd edib.
Prezident Uaylsa administrasiyadakı fəaliyyətinə görə təşəkkür edərək onun işini yüksək qiymətləndirib.
Tahir Turan
Globalinfo.az