netanyahu 1 900x563 2

ABŞ Prezidenti Donald Trampın İsrailə hərbi yardımın dayandırılması ilə bağlı açıqlaması Tel-Əvivdə müzakirələrə səbəb olub. İsrail Baş nazirinin dəftərxanası Vaşinqtonun bu qərarına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Netanyahunun dəftərxanasından yayılan açıqlamada İsrail iqtisadiyyatının ölkənin müdafiə ehtiyaclarını müstəqil şəkildə qarşılamaq imkanına malik olduğu vurğulanıb.

Açıqlamada ABŞ-ın hərbi dəstəyinin indiyədək qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığı qeyd olunub. Bildirilib ki, Donald Tramp və Benyamin Netanyahunun birbaşa maliyyə yardımından tərəfdaşlıq formatına keçidlə bağlı razılığı iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.

Qeyd edək ki, 2028-ci ilədək qüvvədə olan 10 illik memorandum çərçivəsində İsrail ABŞ-dan hər il təxminən 3,8 milyard dollar hərbi yardım alır.

Trampın açıqlaması İsrailin siyasi dairələrində də müzakirələrə yol açıb. İsrail mediasının məlumatına görə, bu bəyanat Müdafiə və Maliyyə nazirliklərində gözlənilməz qarşılanıb.

İsrail Prezidenti İsxak Hersoq da razılaşmadan xəbərsiz olduğunu bildirərək hərbi yardımın dayandırılması ilə bağlı narahatlığını ifadə edib.

Müxalifət lideri Qadi Eysenkot isə baş verənlərə görə Benyamin Netanyahunu məsul tutaraq onun istefasını tələb edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: