ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə dünya bazarında neftin bir barelinin qiyməti 150 dolları ötə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Hüseynəli Dəliqani açıqlama verib.
Deputat bildirib ki, ABŞ və İsrailin İrana qarşı hər hansı dağıdıcı addım atması və ya yeni hücumlara başlaması Tehranın sərt cavabı ilə nəticələnəcək.
“ABŞ və İsrail tərəfindən hər hansı dağıdıcı addım atılacağı və ya hücuma başlanacağı təqdirdə İranın cavabı elə olacaq ki, raketlər Avropaya qədər çatacaq. Bu isə neftin qiymətinin 150 dolları ötməsinə gətirib çəxaracaq”, – deyə Dəliqani vurğulayıb.
Əliyar Xəlil