ADIL 99

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü oktyabrın 1-də Qaraçuxur qəsəbəsində yerləşən 318 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.

Globalinfo.az bildirir ki, səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib.

O, səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən məhəllədaxili yolların təmiri, küçələrin işıqlandırılması və digər sosial yönümlü məsələlərlə bağlı olub.

RİH başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.

Bir bir və ya daha çox şəxs şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilərBir bir və ya daha çox şəxs və kütlə şəkili ola bilərBir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs və kostyum şəkili ola bilərBir bir və ya daha çox şəxs, gülümsəyən insanlar və dərs oxuyan insanlar şəkili ola bilərBir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilər

Paylaş: