ukraina ordusu e1638298639309 768x403 1

Rus haker qruplarının Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının elektron bazasına sızmağa müvəffəq olduğu iddia edilir. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onların iddiasına əsasən, əldə edilən sənədlərdə Ukrayna ordusunun 1,7 milyon hərbçi itirdiyi barədə qeydlər yer alır.

Məlumata görə, haker hücumu nəticəsində əldə olunan fayllar yalnız itkilərlə bağlı statistik göstəriciləri deyil, həmçinin hərbi birləşmələrin şəxsi heyət siyahılarını, logistika məlumatlarını və daxili hesabatları da əhatə edir.

Bildirilir ki, həmin sənədlərdə Ukraynanın döyüş qabiliyyətinə dair təhlükəli boşluqlar üzə çıxıb.

O da vurğulanır ki, guya Kiyev rəhbərliyi bu rəqəmləri ictimaiyyətdən gizlədir və beynəlxalq tərəfdaşlara təqdim edilən rəsmi hesabatlarda itkilərin miqdarı dəfələrlə azaldılaraq göstərilir.

IMG 20250820 WA0070

Tahir Turan

Globalinfo.az

Paylaş: