Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizinin açılmasından asılıdır – Zahid Oruc

ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə  “…Biz Qərbi Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq…” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti” adlı elmi-praktiki konfrans və “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı keçirilib.

Globalinfo.az bildirir ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, milət vəkili Zahid Oruc tədbirdə çıxış edib.

Həmin çıxışı təqdim edirik:

“Qarabağdan Zəngəzura çəkilən yollar Böyük Qayıdışa xidmət edir.

Azərbaycan Pedaqoji Universitetində-100 yaşlı, böyük təhsil və elm ənənələrinə malik olan, bizi aydınlaşdıran müəllimlərimizi və ziyalılarımızı hazırlayan düşüncə məbədində hər birinizi salamlamağı özümüzə borc bilirik. Təddiqat institutları ilə təhsil ocaqlarının vəhdəti Vətən müharibəsində parlq Qələbəmizdən sonra dövlətimzin qarşıya qoyduğu mühüm vəzifələrdən biridir. Ona görə də  Sosial Tədqiqatlar Mərkəzinin “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində dəyərli alim Əfqan Vəliyevin “Qərbi Azərbaycanda maddi-mədəni irsimiz” kitablarının Universitetdə müzakirəsi mühüm elmi və ictimai hadisədir. Ötən il təqdimatı olan əsərlərin başlıca qayəsi  qərbi azərbaycanlıların yüz illərlə yaratdıqları abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların ruhi və fiziki kimliyini elmin hard diskinə çevirərək gələcək və gənc nəslə çatdırmaqdır.

İki cildlik kitabda və Əfqan Vəliyevin davam etdirdiyi araşdırmalarda Qərbi Azərbaycana məxsus haqqında bu günə qədər az məlumat olan və heç tədqiq olunmayan 388 abidə ictimaiyyətə təqdim olunub.

“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib.

Kitabda 22 məbəd, 20 qala, 18 qayaüstü təsvirlər/qədim yaşayış məskənləri, 11 Pir/ocaq/ziyarətgah, 11 qəbirüstü abidə, 10 türbə, 9 daşüstü kitabə, 8 məcid, 6 karvansara, 6 körpü, 5 arxeoloji abidə, 4 qəbirüstü heykəl, 4 dini məktəb, 3 günbəz, 3 etnoqrafik arxeoloji abidə, 3 mədrəsə, 1 məhəllə haqqında məlumat verilib.

Bir daha təkrarlayaq-Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı ötən  2023-cü ildə-Ulu öndərin 100 illik yubileyində geniş ictimaiyyətə təqdim olunması Heydər Əliyevin bənzərsiz tərcümeyi-halı, keçdiyi şərəfli yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi nəinki qərbi, bütün azərbaycanlıların son bir əsrlik taleyi ilə eynidir. Çünki “Böyük Qayıdış” Ulu öndərin ikinci dəfə hakimiyyətə dönüşündən başlayır və Qələbəmizin birinci müəllifi də məhz Odur. Zəfər olmasaydı, yeni ideoloji hədəflər meydana gəlməzdi.

Gəlin unutmayaq ki, tarixin saxtalaşdırılması ilə savaş aparan birinci şəxs-birinci xüsusi təyinatlı döyüşçü İlham Əliyev son 20 ildə nəinki Qarabağın, o cümlədən İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb. Buna görə ölkə rəhbəri ən yüksək ehtirama layiqdir, çünki Birinci şəxs torpaq itkilərinə haqq qazandırarsa, xalqı səfərbər edə bilməz və daha böyük təslimçiliyə hazırlamış olar. İlham Əliyev dünya siyasi tarixinə torpaqları qaytaran Zəfər Komandanı kimi düşdü. Paşinyanın bu yaxınlarda parlament dinləmələrində “tarix bizə təhlükədir”, fikri, yaxud Tavuş vilayətinə gedən Baş nazirin öz vətəndaşlarını 8 kəndin qaytarılmasına şəxsən özü tərəfindən çağırması sabiq erməni rəhbərlərindən fərqli olaraq, hazırki erməni liderinin 44 üstəgəl bir günlük savaşın nəticələrini düzgün qəbul etməsinin ən parlaq göstəricisidr.

Lakin onunla eyni bir məkanda digər bir qrup-keçmiş ermənilər də yaşayır. Onlar sanki 26 sentyabra qədərki eranın qalıqları-əsarətdə olan adamlarıdılar. Məsələn, erməni informasiya məkanında “biz də Bakıya minik maşınları ilə qayıdacağıq” tezisləri yayılır, vaxtilə Azərbaycanda yaşayan ermənilərin geri qayıtma haqqını irəli sürən qayıdış icması – “Ermənilərin Girdiman-Şirvan-Naxçıvana qayıdışı” təşkilatını təsis edib.  Qurumun iddiasına görə, Girdiman çayı boyunca bütün ərazilər, habelə Şirvan və Naxçıvan da Ermənistan ərazisidir.

Qətiyyən təəccüblü deyil ki, Azərbaycanın “Qərbi Azərbaycan”  hərəkatına qarşı çıxan ermənilərin Qərb havadarları Ermənistanın Qarabağdan əlavə Şirvan, Girdiman və Naxçıvana iddialar səsləndirməsinə heç bir etiraz səsləndirmirlər. Çünki plan elə Avropa və Amerikdan qaynaqlanır.

Əgər tariximizə obyektiv baxsaq, Azərbaycanın mövcud olduğu bütün formasiya və quruluşlarda Heydər və İlham Əliyevə qədər heç bir lider tarixi torpaqlar məsələsinə ya toxunmayıblar, ya da sistemli yanaşma nümayiş etdirə bilməyiblər. Bunu tam məsuliyyətlə deyirik. Açıb baxın, hansı partiya, hərakat rəhbəri dövlətin birinci şəxsi-İlham Əliyev kimi sistemli baxışlarla, cəsarətli proqramlarla tarixə münasibət bəsləyiblər? Heç biri. İnternet  resurslarında kiçik bir tədqiqat aparsaq, son 2 əsrdə yarada bilmədiyimiz tarixi torpaqlarımızın reestrinin yalnız indi hazırlandığının və rəsmi qüvvəsini aldığının səbəblərini yaxşı  görmək olar.

Əlbəttə, 44 günlük savaşda qazanılan qələbə və nailiyyətlər dövlətimizin yeni milli hədəflərə yönəlmək üçün inşa etdiyi Qarabağdan – Zəngəzura uzanan Böyük Qayıdış yolu bütün tarixi torpaqlarla bağlı şüurlarda çoxəsrlik qan yaddaşını  oyatdı.

Ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərə yönəlmək, onun ideoloji-siyasi konsepsiyasını və elmi əsaslarını formalaşdırmaq çağırışı xüsusi önəm kəsb edir. Ona görə Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycana qayıdış kitabları və eləcə də milli fikri formalaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Mərkəzin keçirdiyi rəy sorğusunun bir neçə sualı ilə hazırda müzakirə edilən kitabın əsas məqsədlərinə-xalqın tarixi yaddaşını formlaşdırmaq ideyasına xidmət edir. İndi gətirəcəyimiz bir neçə misal dövlət və cəmiyyətimizin gələcək yol xəritəsinin hazırlanmasına işıq salır.

Gəlin onları birlikdə izləyək. Vətəndaşlarımız arasında aparılan rəy soğrusunun nəticələri dövlət siyasətinin daha da zənginləşdiliməsinə xidmət edir.

Birinci sual ondan ibarət  olub ki,

Zəngəzur, İrəvan və Göyçənin (yəni, Qərbi Azərbaycanın) tarixi haqqında məlumatlılıq səviyyəsi necədir?

  • Keçirilən ictimai rəy sorğusunun nəticəsinə əsasən, sorğuda iştirak edən respondentlərin 4%-i Zəngəzur, İrəvan və Göyçənin (yəni Qərbi Azərbaycanın) tarixi haqqında çox məlumatlı olduğunu, 58.8% respondent əsasən məlumatlı olduğunu bildirib.
  • Sorğuda iştirak edən respondentlərin 4%-i  əsasən məlumatlı olmadığını, 21.4%-i isə heç məlumatlı olmadığını qeyd edib

Zəngəzur, İrəvan və Göyçəni tarixi Azərbaycan torpaqları kimi görməsinə münasibət

  • Sorğuda iştirak edənlərin 2%-i Zəngəzur, İrəvan və Göyçəni tarixi Azərbaycan torpaqları kimi gördüyünü ifadə edib.
  • Respondentlərin 3%-i Zəngəzur, İrəvan və Göyçəni tarixi Azərbaycan torpaqları kimi görmədiyini qeyd edib.
  • 0,8% respondent isə ünvanlanan suala cavab verməkdə çətinlik çəkib.
  • Bu onu deməyə əsas verir ki, ümumilikdə əhalinin mütləq əksəriyyəti 96,2%-i Zəngəzur, İrəvan və Göyçəni tarixi Azərbaycan torpaqları kimi görür. Sorğu nəticəsi, illər və nəsil dəyişməsi faktorlarının tarixə və tarixi torpaqlara olan münasibəti dəyişdirmədiyini göstərir.

Qərbi Azərbaycana qayıdış siyasəti ilə bağlı ölkədəki müzakirələrin izlənilməsinə münasibətin öyrənilməsi

  • Sorğuda iştirak edən respondentlərin 82,2%-i Qərbi Azərbaycana qayıdış siyasəti ilə bağlı ölkədəki müzakirələri izlədiyini, 17,3%-i isə izləmədiyini ifadə edib.

Qərbi Azərbaycana qayıdışın hansı müddət ərzində reallaşacağına dair vətəndaş rəyi

  • Sualına respondentlərin 58,1%-i Qərbi Azərbaycana qayıdışın yaxın beş il ərzində reallaşacağını güman etdiyini,
  • Fikri soruşulan 19,9% sorğu iştirakçısı beş-on il ərzində reallaşacağını güman etdiyini,
  • Respondentlərin 9,0%-i on ildən uzaq müddətdə reallaşacağını güman etdiyini bildirib.
  • 12,9% respondent isə Qərbi Azərbaycana qayıdışın hansı müddət ərzində reallaşacağını güman edirsiniz sualına, cavab verməkdə çətinlik çəkdiyini qeyd edib.

Vətəndaşlar Qərbi Azərbaycana qayıdış siyasətinin hansı formada aparılmasını dəstəkləyir

  • Sualına respondentlərin 73,8%-i qayıdış siyasətini tərəflər arasında münasibətlərin bərpası, dialoq və sülh yolu ilə aparılmasını dəstəklədiyini
  • Respondentlərin 9,9%-i qayıdış siyasətini beynəlxalq hüquqi prinsiplər və diplomatik təzyiq yolu ilə aparılmasını dəstəkləyib.
  • Fikir bildirənlərin 15,7% sorğu iştirakçısı qayıdış siyasətinin hərbi güc və məcbur etmə yolu ilə aparılmasını dəstəklədiyini ifadə edib.
  • Respondentlərin 0,7%-i Qərbi Azərbaycana qayıdış siyasətinin hansı formada aparılmasını dəstəkləyirsiniz? sualına cavab verməkdə çətinlik çəkib.

Qərbi Azərbaycana qayıdışın reallaşması, Zəngəzur dəhlizinin açılmasından asılılığı 

  • Respondentlərin 76,9%-i Qərbi Azərbaycana qayıdış üçün Zəngəzur dəhlizinin açılmasını şərt hesab edir.
  • 18,8% sorğu iştirakçısına görə, Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizi açılmadan da mümkün ola bilər.
  • Rəyi alınanların 4,3%-i isə cavab verməkdə çətinlik çəkirəm cavabını verib

Qərbi Azərbaycana qayıdış siyasətinin uğurlu təqdimatının vacib  istiqamətləri

  • Respondentlərin 61,1%-i Qərbi Azərbaycana qayıdış siyasətinin uğurlu təqdimatı baxımından tarixi yaddaşın bərpasını,
  • 56,3%-i təhsil və maarifləndirməni,
  • 32,4%-i dini və mədəni dəyərlərin təbliğini,
  • 22,3%-i vətəndaş cəmiyyətlərinin fəaliyyətini,
  • 18,4%-i media təbliğatını vacib hesab edib.
  • 2,5% sorğu iştirakçısı suala cavab verməkdə çətinlik çəkib.

Qərbi Azərbaycana milli-mənəvi bağlılığın səviyyəsi

  • Respondentlərin 29,8%-i Qərbi Azərbaycana milli-mənəvi mənada çox bağlı bağlıyam,
  • Sorğu iştirakçılarının 37,7%-i əsasən bağlıyam,
  • Rəyi alınanların 6,2%-i əsasən bağlı deyiləm,
  • Respondentlərin 25,8%-i isə heç bağlı deyiləm cavabını verib.

Qərbi Azərbaycana getmək imkanı olanların ən çox görmək istədiyi yerlər

  • Qərbi Azərbaycana getmək imkanının olsaydı ən çox haraları görmək istərdiniz? sualına respondentlərin,
  • 29,2%-i İrəvan şəhəri,
  • 28,3%-i Göy məscid,
  • 57,9%-i Göyçə mahalı,
  • 37,5%-i Göyçə gölü,
  • 43,9%-i Zəngəzur mahalı,
  • 40,6%-i dini abidələr,
  • 29,6%-i tarixi qəbiristanlıqlar cavabını verib
  • Suala respondentlərin 3,9%-i digər,
  • 1,1%-i isə cavab verməkdə çətinlik çəkirəm variantını seçib.

Qərbi Azərbaycanın daha çox zəngin olduğu tarixi maddi-mədəni irs nümunələri 

  • Sorğu nəticəsinə görə respondentlər Qərbi Azərbaycanı tarixi maddi-mədəni irs nümunələri baxımından daha çox,
  • 57,5%-i məscidləri,
  • 24,2%-i alban məbədləri,
  • 30,0% pir və ziyarətgahları,
  • 22,3% türbələri,
  • 30,2%-i qalaları,
  • 19,1%-i sarayları ilə zəngin olduğunu düşünür
  • 10,7%-i isə suala cavab verməkdə çətinlik çəkirəm cavabını verib

Göründüyü kimi, aparılan dövlət siyasəti, yazılan kitablar öz bəhrəsini verir. Biz bir daha bütün elmi ictimaiyyəti və gənc nəsli yeni milli idealların formalaşmasına cəlb etməklə Zəfərimizin möhkəmlənməsinə nail olacağıq, onu irəliyə aparacağıq.  Biz Böyük Qayıdışdan Böyük Dönüşə-Qarabağa,Torpağa, Bölgələrə, Köklərimizə, Dəyərlərimizə, milli varlığımıza dönüşə inanırıq.“Böyük Dönüş”  çoxsərlik köçdən və məğlubiyyətdən xilas olan bir millətin yeni strateji yoludur. Yol bütün millətlər və dinlər üçün müqəddəsdir!

Yolumuz uğurlu olsun!”