Türkiyədə “Bozdoğan-34” əməliyyatı keçirildi

Türkiyənin Daxili İşlər Nazirliyinin 12 əyalətdə keçirdiyi “Bozdoğan-34” antiterror əməliyyatı nəticəsində 41 şübhəli saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Bolu, Eskişehir, İstanbul, Kırıkkale, Kilis, Kocaeli, Nevşehir, Sakarya, Gaziantep, Şanlıurfa, Düzce və Manisada İŞİD terror qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib. Əməliyyat zamanı sənədsiz tapançalar, çoxlu sayda rəqəmsal material, külli miqdarda xarici valyuta və türk lirəsinin ələ keçirildiyini deyib.