54ae0c7d fa9e 49de af1e f75cfd2f195f

Mayın 1-i səhər saatlarında İrəvanda hökumət binası üzərindən Ermənistan bayrağı yığışdırılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqramın Ermənistan seqmentində görüntü yayılıb.

Bayrağın binanın üzərindən götürülməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Baş nazir aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Armen Xaçatryan bunun texniki məsələ olduğunu deyib.

Məlumata görə, rəsmi açıqlamadan sonra binanın üzərinə yeni bayraq asılıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: