Müasir dövrün ən böyük yazıçılarından biri öldü

Müasir dünya ədəbiyyatının məşhur yazıçılarından Pol Oster 77 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qardian” qəzeti yazıb.

Onun ağciyər xərçəngindən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, amerikalı yazıçı və ssenarist Pol Oster daha çox “Nyu-York trilogiyası” ilə tanınır. Onun bu əsəri son 100 ilin ən yaxşı 25 Nyu-York romanı siyahısına daxil edilib.