Kəlbəcər rayonu Qamışlı kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənin kimliyi məlum olub.
Globalinfo.az “Report”a istinadən bildirir ki, “Volvo” markalı yük maşınının aşması nəticəsində Türkiyə vətəndaşı, 1989-cu il təvəllüdlü Uysal Emrah aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış. Hadisə zamanı avtomobildə başqa şəxs olmayıb.
***15:00
Kəlbəcərin Qamışlı kəndi ərazisində “Volvo” markalı yük maşını aşıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, nəticədə bir nəfər vəfat edib.
Vəfat edən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.