Başına 5 milyon dollar qoyulan “Hiqqo” məhv edildi – FOTO

İŞİD-in səhra komandiri “Hiqqo” ləqəbli Əbu Huzeyfə məhv edilib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ötən il Mali hakimiyyəti ilə yaxınlaşmağa doğru irəliləyən “Azavadın Xilas Hərəkatı” hərbi-siyasi qrupunun rəhbəri Musa Ağ Aşaratuman elan edib.

Onun sözlərinə görə, terrorçu hökumət qüvvələri tərəfindən bir gün əvvəl Qao bölgəsinin Menaka rayonunda antiterror əməliyyatı zamanı öldürülüb.

Qeyd edək ki, terrorçu 2018-ci ildə Tonqo-Tonqoda Niger-ABŞ patruluna hücumda iştirak etməklə tanınır. “Hiqqo” daha sonra ABŞ-li hərbçilərdən ələ keçirilən silahlarla pozalar verib. ABŞ Dövlət Departamenti terrorçunun yeri barədə məlumat verənə beş milyon dollar mükafat elan etmişdi.