
Gürcüstan parlamentində xarici agentlər haqqında qanunun müzakirəsindən əvvəl dava düşüb.
Globalinfo.az xəbər verir ki, mübahisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Qanun layihəsi deputatlar arasında ciddi fikir ayrılığı və əlbəyaxa davaya səbəb olub.
Görüntüləri təqdim edirik:
Qeyd edək ki, sözügedən qanun layihəsinin parlamentdə müzakirəsi Gürcüstanda genişmiqyaslı aksiyalarla səbəb olub. Hazırda layihə ilə bağlı ölkə prezidenti və baş nazir aparatı arasında gərginlik müşahidə olunur.
Ayşən Mustafa
Globalinfo.az