leman scaled 1

LAF TV haker hücumuna məruz qalıb. Kanal dünəndən ələ keçirilib və hələ də bərpa olunmayıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan LAF İnternet Televiziyasının həmtəsisçisi Ləman Ələşrəfqızı belə bir halla ilk dəfə üzləşdiklərini bildirib.
O, daha öncə hücuma məruz qalan kanallar barəsində danışıb:

“Bizdən öncə Müsavat TV və Səs TV-yə də belə bir hücum olmuşdu. Bizim də başımıza gələcəyi ağlıma gəlməzdi. Dərhal dostlarla əlaqə saxladım, dedilər, ola bilsin hücum beynəlxalq hakerlər tərəfindən olub. Çünki əvvəlki televiziyalara da elə müdaxilələr olunub”.

L.Ələşrəfqızının sözlərinə görə, kanala hücum canlı yayım zamanı baş verib:

“Adətən təhlükə olan zaman xəbərdarlıq gəlir ki, kimsə şifrəni dəyişmək istəyir və s. Amma bu dəfə icazə istənilmədi. 20 dəqiqə ərzində kanalın yerinə bir başqa kanal yarandı. O an gözümün önünə Müsavat TV gəldi. Buna görə də çox da narahat olmadım. Düşündüm ki, qaytarmaq mümkün olacaq. Kanalın açılması ilə bağlı artıq iki istiqamətdə iş görülür. Bu gün Gmail adresini qaytara biliblər. Hazırda gözləyirəm. Lakin hansı müddətə geri qaytaracağımızı bilmirik. Bu, 1 saata da ola bilər, 3 günə də, 1 aya da. Ümidimizi heç itirmirik. May ayının 28-i 4 yaşımız olur. Beynimdə suallar yaranır. Görəsən, materiallarımız, bazamız necə olacaq?!”
Zaira Akifqızı
Globalinfo.az

Paylaş: