TƏCİLİ: Gürcüstan polisi etirazçılara qarşı hərəkətə keçdi – VİDEO

Gürcüstan polisi Tbilisinin Rustaveli prospektində asayişi bərpa etməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən aksiya artıq iğtişaşlara çevrilib. Bu səbəbdən də polis asayişi bərpa etməyə başlayıb.

“Aksiya mitinq və nümayişlər haqqında qanundan tamamilə kənara çıxıb və zorakılığa çevrilib. Bunu nəzərə alaraq ictimai asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi qanuni tədbirlər görməyə başlayır”, – deyə məlumatda bildirilib.

Əliyar Xəlil
Globalinfo.az