Məşhur sənətçimiz vəfat etdi – VİDEO

Cazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.

Globalinfo.az axşam.az-a istinadən bildirir ki, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb. Onun sözlərinə görə, R.Rzayev 30 aprel – Beynəlxalq Caz Günündə dünyasını dəyişib.

Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudovla birgə çalışıb. O, Azərbaycan Milli Konservatoriyasında pedeqoq kimi də fəaliyyət göstərib.