Ağstafada ağır qəza: ölən və xəsarət alanlar var – FOTO

Ağstafada ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21099” markalı minik maşını ağaca çırpılıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.