Gürcüstanda etirazlara qoşulan deputat döyüldü – FOTO

Gürcüstanın ən böyük müxalifət partiyası – Vahid Milli Hərəkatın (VMH) sədri Levan Xabeişvili Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə polis tərəfindən döyülüb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.

“VMH sədri Levan Xabeişvili döyülüb. Fotonu yayan şəxs ciddi xəsarətlər alıb”, – deyə materialda bildirilib.

Onun burnu sınıb, sağ gözü zədələnib, üzündə qan izləri görünür.

Xatırladaq ki, dünən gecə Tbilisidə kütləvi aksiya keçirilib. Polislərlə aksiyaçılar arasında qarşıdurmada azı üç polis əməkdaşı yaralanıb.