Çinin hərbi sürətinə çatmaq üçün dərhal… – Pentaqon

“ABŞ Hərbi Hava Qüvvələrinin Çinlə ayaqlaşa bilməsi üçün təcili və əhəmiyyətli modernləşdirməyə ehtiyacı var”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frank Kendall deyib.

O bildirib ki, ABŞ Hərbi Hava Qüvvələrinin müdafiə xərclərinin cari artım tempi Çinin müdafiə büdcəsinin artım tempindən aşağı olaraq qalır.

“ABŞ-ın Hava Qüvvələrinin Çinin hərbi imkanlarına uyğunlaşması üçün təcili və əhəmiyyətli modernləşmə tələb olunur. Çinin artan hərbi imkanlarının sürətinə çatmaq üçün dərhal əhəmiyyətli addımlar atılmalıdır”, – deyə Kendall vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az