1649161481 1647533258 zelenskiy ve putin trt haber 1564838

Tramp keçən bazar ertəsindən sonra da Putinlə danışdığını etiraf edib.

Globalinfo.az xəbər verir ki, ABŞ prezidenti bu barədə jurnalistlərin suallarına cavablandırarkən deyib.

“Bəli, biz Putinlə danışmışıq. Çətin olsa da, Rusiya ilə Ukrayna arasında müharibənin bitəcəyinə inanıram. Putinin Alyaskaya gəlməsi onun bu məsələyə son qoymaq istəyinin göstəricisi idi”, – Tramp bildirib.

Bundan əlavə, Tramp Rusiya prezidentinin Ukrayna lideri Zelenski ilə niyə görüşdən yayındığını belə şərh edib:

“Putin Zelenskini sevmir, ondan xoşu gəlmir”, – ABŞ lideri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: