Paşinyan Vaşinqton danışıqlarının vaxtını açıqladı

“Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü növbəti həftə keçiriləcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Nikol Paşinyan hökumətin iclasında danışıb.

O, Ermənistan-Azərbaycan münasibətlərində İrəvanın mövqeyinin dəyişməz qaldığını söyləyib:

“Sülhə nail olmaq və sülh sazişi imzalanmaq üçün bütün səyləri göstərmək lazımdır. Növbəti həftə Vaşinqtonda XİN rəhbərlərinin görüşü keçiriləcək. Bizim nümayəndə heyəti də Vaşinqtona məhz bu cür yanaşma ilə yollanır”.

Tamerlan Yayaqan
Globalinfo.az