Hacı Şahinin yaxını: “Bir neçə il əvvəl ələ keçirilmişdi”

Bir müddət əvvəl Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalının kibercinayətkarlar tərəfindən ələ keçirildiyi və oradakı bütün videoların silindiyinə dair məlumatlar yayıldı. 

Sitat:Artıq YouTube kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək”.

Globalinfo.az-a Hacı Şahin Həsənlinin köməkçisi Qədir Sadatxanov danışıb və araşdırılma aparıldığını bildirib.

Qədir Sadatxanov

O, səhifəyə illər öncə də hücum olduğunu deyib:

“Hazırda səhifənin geri qaytarılması istiqamətində işlər davam etdirilir. Hələ yenilik yoxdur, amma biz Yutub kanalının bərpa olunacağına inanırıq. Kanalın ələ keçirilmsi ilə bağlı aidiyyəti qurumlara məlumat vermişik”.

Q.Sadatxanov kanala hücumun kimin tərəfindən olunduğunu bilmədiyini deyib:

“Düzü, bunu kimin etdiyini bilmirik, şübhələndiyimiz biri də yoxdur. Bir neçə il əvvəl də Hacının Feysbuk səhifəsi ələ keçirilmişdi. Lakin aidiyyəti qurumların dəstəyi ilə səhifə geri qaytarıldı. İnşallah, bu dəfə də elə olar”.

Zaira Akifqızı

Globalinfo.az