Araqci 13

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Türkiyə 40 günlük müharibə dövründə İraqın şimalından fəaliyyət göstərən silahlı kürd qruplaşmalarının ölkəyə daxil olmasının qarşısını almaqda mühüm rol oynayıb.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Ankara eyni zamanda İranın parçalanmasına yönələn planın reallaşmasına imkan verməyib.

Əraqçi qeyd edib ki, müharibənin dördüncü günü ABŞ Prezidenti Donald Tramp İraqın şimalında Tehrana qarşı fəaliyyət göstərən silahlı kürd qruplaşmalarının rəhbərləri ilə əlaqə saxlayaraq onların ölkənin quru əməliyyatı həyata keçirməsini dəstəkləyib.

Nazir bildirib ki, bu barədə məlumat əldə etdikdən sonra o, İraq Kürdüstanı rəhbərliyi, İraqın Baş naziri və Türkiyənin xarici işlər naziri Hakan Fidanla əlaqə saxlayaraq Tehranın narahatlığını çatdırıb.

Əraqçinin sözlərinə görə, Türkiyə hökuməti bu ssenarinin qarşısının alınmasında həlledici rol oynayıb. Ankara təkcə ABŞ ilə məsləhətləşmələr aparmayıb, həm də sözügedən planın həyata keçirilməsinə qarşı qəti mövqe nümayiş etdirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: