IMG 1818

Argentina millisinin kapitanı Lionel Messi komandasının dünya kubokunun finalında İspaniyaya məğlubiyyətini şərh edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə ESPN-ə danışıb.

Messi nəticədən kədərləndiyini bildirib:

“Kədərliyəm. Düzünü desəm, onlar daha yaxşı oynadılar”.

Qeyd edək ki, ABŞ-ın Nyu-Cersi ştatında keçirilən final görüşündə İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: